Etimadsızlıq pik həddə çatıb
NATO Rusiya ilə münasibətlərin normallaşmasına tələsmir
May 15, 2021 11:19 Asia/Baku
Rusiya və NATO ölkələri arasında münasibətlərin normallaşması hazırda mümkünsüzdür.
SəhərAzəri xəbər verir ki, bu sözləri NATO Parlament Assambleyasının üzvü Brendan Boyl deyib.
Onun sözlərinə görə, mövcud vəziyyətdə ittifaq Rusiyaya qarşı strateji dayanlıqlığı təmin etmək üçün mümkün olan hər şeyi etməlidir. Müttəfiq və partnyorların milli mənafelərini “Rusiya ilə dialoqu yenidən başlatmaq” eyforiyasına qurban vermək olmaz!.
Diplomat əlavə edib ki, Rusiyanın xarici siyasətini yaxın gələcəkdə dəyişdirmək mümkünsüz görünür.