Rusiya və ABŞ-dakı strateji hücum silahlarının ümumi sayı elan olunub
https://azeri.sahartv.ir/news/dünya-i377360-rusiya_və_abŞ_dakı_strateji_hücum_silahlarının_ümumi_sayı_elan_olunub
Rusiya xarici işlər nazirliyi Start-3 müqaviləsinə əsasən, bu ölkədə və Birləşmş Ştatlarda mövcud olan strateji hücum silahlarının ümumi sayını yayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 25, 2021 18:13 Asia/Baku
  • Rusiya və ABŞ-dakı strateji hücum silahlarının ümumi sayı elan olunub

Rusiya xarici işlər nazirliyi Start-3 müqaviləsinə əsasən, bu ölkədə və Birləşmş Ştatlarda mövcud olan strateji hücum silahlarının ümumi sayını yayıb.

 SəhərAzəri-nin məlumatına əsasən,bu sənədə əsasən, Rusiya, yerləşdirilmiş 517 ədəd qitələrarası ballistik raketə, Amerika isə öz sualtı qayıqları və ağır qırıcı-bombardmançı təyyarələrində yerləşdirilmiş 651 ballistik raketə malikdirlər.

Bundan əlavə, Rusiyanın qitələrarası ballistik raketləri, sualtı qayıqları və qırıcı-bombardmançı təyyarələrində yerləşdirilmiş zirehli başlıqların sayı, min 456 ədəddir.

Birləşmş Ştatların yerləşdirilmiş başlıqlarının sayı isə min 357 ədəddir.