Rusiya Avropanı Putin-Bayden görüşünü pozmaqda ittiham edib
https://azeri.sahartv.ir/news/dünya-i377547-rusiya_avropanı_putin_bayden_görüşünü_pozmaqda_ittiham_edib
Rusiya dövlət dumasının sədri Vyaçeslav Volodin Avropa Parlamentini yeni sanksiyalar tətbiq etməklə Rusiya və ABŞ prezidentlərinin görüşünü pozmaqda ittiham edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 31, 2021 09:28 Asia/Baku
  • Rusiya Avropanı Putin-Bayden görüşünü pozmaqda ittiham edib

Rusiya dövlət dumasının sədri Vyaçeslav Volodin Avropa Parlamentini yeni sanksiyalar tətbiq etməklə Rusiya və ABŞ prezidentlərinin görüşünü pozmaqda ittiham edib.

SəhərAzəri-nin məlumatına əsasən,Volodin dünən öz teleqram kanalında yazıb ki; əslində Avropa Parlamenti Rusiya və ABŞ başçılarının görüşü ərəfəsində Co Baydenə qarşıdurma məsələsini qəbul etdirir.

O qeyd edib ki, Avropa Parlamenti Amerika prezidentini təzyiq altında qoymaq və iki prezidentin iclası üçün neqativ şərait yaratmaq istəyir.

Belə bir halda, Avropa Parlamentinin sədri David Sassoli Rusiya rəsmiləri barədə daha sərt məhdudiyyətlər və yeni sanksiyaların tətbiq edilməsini istəyib.

Bu avropalı rəsmi Ukraynanın şərqindəki münaqişəyə və Rusiya dövlətinə qarşı siyasi tənqidçi- Aleksey Navalnının ətrafındakı duruma görə, Avropa Birliyi-Rusiya əlaqələrini son dərəcə gərgin adlandırıb.

Rusiya dövlət dumasının sədri öz teleqram mətləbinin davamında Avropa Parlamentinin sədrini Rusiya və Amerika başçılarının bəhs edəcəkləri mövzulardan mənfəət qazanmağa və siyasi imtiyazlar kəsb etməyə can atmaqda ittiham edib və Avropanın bu siyasətini məsuliyyətsiz siyasət adlandırıb.

Rusiya ilə Amerika arasındakı kəskin çəkişmələrin ikitərəfli əlaqələri soyuq müharibənin başa çatdığı zamandan bəri ən aşağı həddə endirdiyi bir şəraitdə Kremlin mətbuat ofisi ötən həftə bildirdi ki, iki ölkə prezidentinin açıq danışıqlar üzrə görüşünün iyunun on altısında İsveçrədə keçirilməsi qətiləşibdir.