İyun 11, 2021 15:01 Asia/Baku
  • ABŞ İranın dəniz qüdrətinə çevrilməsindən narahatdır

ABŞ-ın müdafiə naziri Lloyd Ostin İrana məxsus hərbi gəmilərin Atlantik okeanına daxil olmasına münasibət bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, Pentaqon şefi bildirib ki, ABŞ Amerikanın qonşuluğunda hər növ silahların yayılmasından narahatdır və bu gəmilərin yükləri barədə digər iclaslarda danışılmalıdır.

Qeyd edək ki, İran Ordusunun Koordinasiya mərkəzinin komandan müavini kontr-admiral Həbibulla Səyyari dünən bildirib ki, “Səhənd” destroyeri və “Makran” gəmisi ötən günlərdə heç bir ölkənin limanında dayanmadan hərəkət edib və Atlantik okeanı sularına daxil olub. Gəmilərin istiqaməti Venesuelayadır. 

Teqlər