Rusiya rəhbərliyindən Vaşinqtonun ünvanına sərt sözlər
Putin ABŞ-ı terrorçular vasitəsilə provakasiyalarda ittiham etdi
İyun 15, 2021 13:01 Asia/Baku
Rusiya Prezidenti Vladimir Putin Suriyanın ət-Tanf bölgəsindəki terrorçular barəsində açıqlama verib.
SəhərAzəri-nin TASS Xəbər Agentliyinə istinadla yaydığı məlumatına əsasən, Putin vurğulayıb ki, ABŞ nəzarətində olan bölgədəki terrorçular Suriya ordusu tərəfindən əhatə olunan bölgəyə sızaraq Rusiya əsgərlərinə qarşı provakasiyalar planlaşdırıblar.
Onun sözlərinə görə rus əsgərləri terrorçuları ələ keçiriblər. Onların barəsində istintaq davam edir və əlavə məlumat yaxın vaxtlarda ictimaiyyətə açıqlanacaq.
Prezident qeyd edib ki, İdlib bölgəsindəki terrorçular da mülki şəxsləri öldürür, onların pullarını oğurlayır və cinayətlər törədirlər.