NATO nə üçün mövcuddur?
Putin NATO-nu soyuq müharibənin rudimenti adlandırıb
Rusiya prezidenti Vladimir Putin NATO-nu soyuq müharibənin rudimenti adlandırıb- Kremlin saytında məlumat verilir.
SəhərAzəri-nin məlumatına əsasən, rudiment, biologiyada bioloji təkamül prosesində əsas funksiyasını itirmiş, lakin saxlanılan orqana deyilir.
«NATO-ya gəlincə, mən indiyədək bir neçə dəfə demişəm ki, o, soyuq müharibənin rudimentidir. NATO soyuq müharibə dövründə dünyaya gəlib, amma onun bugünkü gündə nə üçün mövcud olması o qədər də aydın deyildir. Bir zaman deyirdilər ki, bu təşkilat transformasiya olunacaq. İndi artıq bir növ bu məsələni unudublar»,- bu, Rusiya prezidentinin amerikan televiziya şirkəti- NBC ilə geniş müsahibəsindən götürülən ifadədir.
Qeyd edək ki, transformasiya, bir şeyin öz formasını dəyişərək, başqa bir formaya düşməsi deməkdir.
Onu da qeyd edək ki, soyuq müharibə dövründə Qərb blokunda NATO, Şərq blokunda isə Varşava Müqaviləsi adlı hərbi təşkilat yaradılmışdı və bu hərbi orqanlar bir-birilərinə qarşı dururdular. SSRİ-nin dağılması ilə Varşava Müqaviləsi təşkilatı da buraxıldı və soyuq müharibə başa çatdı, lakin NATO hərbi təşkilatı heç bir dəyişikliyə uğramadan öz yerində qaldı.