İyul 03, 2021 12:16 Asia/Baku
  • Bayden: Daha Əfqanıstan barəsində cavab verməyəcəyəm

ABŞ prezidenti cümə günü bir mətbuat konfransında Əfqanıstan barədə bir neçə sualı cavablandırdıqdan sonra və bir müxbir amerikalı qüvvələrin bu ölkədən çıxmaları barədə digər sual soruşarkən dedi ki; tətillərə yaxınlaşırıq və daha Əfqanıstan barəsində cavab verməyəcəyəm. Yaxşı şeylər barəsində danışaq.

SəhərAzəri-nin məlumatına əsasən, Amerika cümə günü Kabilin şimalındakı Bəqram bazasını 20 ildən sonra boşaltdı.

ABŞ və NATO qüvvələrinin Əfqanıstandan çıxışı cari ilin on bir sentyabrınadək davam etməlidir. Taliban-ın bir çox bölgələrdəki irəliləyişləri ilə bir zamanda islami əmirliyin yenidən hakimiyyətə çatması ilə bağlı nigarançılıqlar ikiqat artıbdır.

Trampın Əfqanıstandan çıxmaq üzrə planının mirasını daşıyan cənab Bayden cümə günü bu barədə olan ilk iki suala cavab verdikdən sonra üçüncü müxbirin cavabında dedi ki; cənab, mən yaxşı şeylər barəsində danışmaq istəyirəm.

Ondan sonra və bu problem barədə dördüncü sual soruşularkən Bayden müxbirin sözünü kəsdi və dedi ki; daha Əfqanıstan barədə heç bir suala cavab verməyəcəyəm.İyulun dördü Birləşmiş Ştatların istiqlaliyyət günüdür. Həftə sonu və tətildir və mən şənlik etmək istəyirəm. Fövqəladə hadisələr baş verməkdədir.

Cənab Bayden müxbirlərdən istədi ki, iqtisadi inkişaf, məşğulluq, gəlir və COVID-in aradan qaldırılması kimi yaxşı şeylərə diqqət yetirsinlər.

Teqlər