ABŞ İranın Əfqanıstan sülh müzakirələrindəki səmərəli rolunu etiraf edib
Tehranda əfqanlararası dialoq iclası keçirilib
İyul 08, 2021 18:19 Asia/Baku
Amerika ilk dəfə olaraq, İran İslam Respublikasının Əfqanıstan sülh müzakirələri və bu ölkə böhranının həllindəki səmərəli rolunu etiraf edib.
SəhərAzəri-nin məlumatına əsasən, ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bir mətbuat konfransında deyib ki, İran İslam Respublikası da daxil olmaqla Əfqanıstanın qonşuları bu ölkədə ədalətli və stabil sülhün bərqərarında olduqca mühüm və təyinedici rola malikdirlər və İranın belə bir iclas keçirmək istəməsi doğrudan da konstruktiv ola bilər.
Əfqanıstan dövlətinin nümayəndələri və Taliban-ın yüksək səviyyəlil siyasi heyətinin iştirakı ilə əfqanlararası dialoq iclası dünən və bu gün İranın təşkilatçılığı və Məhəmməd Cavad Zərifin çıxışı ilə Tehranda keçirilib.