Krıma yaxınlaşsız, adamlarınızın qanı öz boynunuzadır
https://azeri.sahartv.ir/news/dünya-i379075-krıma_yaxınlaşsız_adamlarınızın_qanı_öz_boynunuzadır
Rusiya milli təhlükəsizlik şurasının müşaviri İngiltərə hərbi gəmisinin Krımın dəniz zonasına qanunsuz giriş hadisəsinin təkrarlanması barədə xəbərdarlıq edib. Bildirib ki, gələcəkdə oxşar hərəkətlərin baş verməsi Rusiya tərəfindən ən kəskin üsullarla üzləşəcək.
(last modified 2024-06-07T05:07:56+00:00 )
İyul 15, 2021 08:34 Asia/Baku
  • Krıma
    Krıma

Rusiya milli təhlükəsizlik şurasının müşaviri İngiltərə hərbi gəmisinin Krımın dəniz zonasına qanunsuz giriş hadisəsinin təkrarlanması barədə xəbərdarlıq edib. Bildirib ki, gələcəkdə oxşar hərəkətlərin baş verməsi Rusiya tərəfindən ən kəskin üsullarla üzləşəcək.

SəhərAzəri-nin məlumatına əsasən, İngiltərənin bu ölkənin destroyerinin Krım yarımadasının su zonasına girişinin qanuniliyinə israrından sonra Rusiya bu barədə kəskin xəbərdarlıq veribdir.

Rusiya milli təhlükəsizlik şurasının müşaviri Mixail Popov dünən axşamçağı İngiltərəyə xəbərdarlq edibdir ki, əgər bir daha bu ölkənin hərbi gəmiləri Krıma yaxınlaşarlarsa, bu dəfə onların dənizçiləri və ekipaj üzvləri zərər çəkəcəklər.

Bundan öncə bir İngiltərə destroyeri Qara dənizdə Rusiyanın dəniz məkanını pozduqdan sonra bir rus qırıcının xəbərdarlıq bombardmanı və hərbi gəmisinin xəbərdarlıq atışı ilə üzləşdi.

İngiltərənin rəftarının və həmin hadisədən sonrakı reaksiyasının dərkedilməz olduğunu bildirən Popov İngiltərənin baş naziri və xarici işlər nazirinin destroyerin Krım yarımadasının su zonasına bir daha girməsi ehtimalına dair sözləri barədə xəbərdarlıq edib.

O bunu belə izah edib: Gələcəkdə oxşar hərəkətlərin baş verməsi onu edəcək tərəfin dövlətinin kimliyində asılı olmayaraq, Rusiya tərəfindən ən kəskin üsullarla üzləşəcək. Öz müxaliflərimizə tövsiyə edirik ki, Rusiya ordusnun bacarıqlarına əsasən, belə bir təhrikedici hərəkətlərin təhlükələri barədə yaxşı-yaxşı fikirləşsinlər.

Rusiya milli təhlükəsizlik şurasının müşaviri sonra belə xəbərdarlıq edib: İngiltərənin gəmilərində gərginlikyaradan məqsədlər üçün istifadə olunan şəxslər bu ölkənin dövlət başçıları deyillər. Consondan və Raabdan soruşuram ki, qanları sizin boynunuza düşəcək ingilis dənizçilərin ailələrinə nə deyirsiniz?

Bundan öncə NATO-nun qarşıdurma ilə nəticələnən sabitliyi aradan qaldıran bir ünsür olduğunu bildirən Kremlin sözçüsü Dmitri Peskov demişdi ki, İngiltərə esminesinin təcavüzü kimi hərəkətlərin təkrarlanmasını dağıdıcı reaksiya ilə cavablandıracaqlar.

Krımın 2014-cü ildə bir referendumdan sonra Rusiyaya qatıldığı zamandan bəri ABŞ, həmçinin Qərb və Avropa ölkələri Ukraynanın şərqində gərginliyin yaranması bəhanəsilə Rusiyaya qarşı bir neçə etapda sanksiya sanksiyalar tətbiq etdilər. Rusiya isə dəfələrlə bu ittihamları rədd edibdir.