Moskvada terror hərəkəti zərərsizləşdirilib
https://azeri.sahartv.ir/news/dünya-i379119-moskvada_terror_hərəkəti_zərərsizləşdirilib
Rusiya federal təhlükəsizlik təşkilatı Moskvada terror hərəkətinin zərərsizləşdirildiyini və onun amillərinin həbs olunduqlarını bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 16, 2021 11:23 Asia/Baku
  • Moskva
    Moskva

Rusiya federal təhlükəsizlik təşkilatı Moskvada terror hərəkətinin zərərsizləşdirildiyini və onun amillərinin həbs olunduqlarını bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, Rusiya federal təhlükəsizlik təşkilatının ictimai əlaqələr şöbəsi bir bəyanatda bildirib ki, önləyici hərəkətlər nəticəsində Moskvada bir terror hərəkətinin qarşısı alınıb və bomba partlatmaq niyyətində olan bir Rusiya vətəndaşı həbs olunub.

Bəyanatda deyilir ki, bu terrorçu şəxsin gizli anbarından əldəqayırma bombanın düzəldilməsinin detalları və rabitə vəsaitləri aşkar edilib. Bu şəxs Suriyadakı terrorçulardan bir qrupu ilə əlaqədə olubdur.

Rusiya federal təhlükəsizlik təşkilatının rəisi Aleksandr Bortnikov bu ölkənin milli anti-terror komitəsinin iclasında deyib ki, Rusiyanın təhlükəsizlik təşkilatlarının ahəngdar hərəkətləri nəticəsində 41 terror hücumu daxil olmaqla 61 terror cinayətinin qarşısı alınıb.