Oman dənizində bir gəmi hədəfə alınıb
https://azeri.sahartv.ir/news/dünya-i379573-oman_dənizində_bir_gəmi_hədəfə_alınıb
Dünən axşamçağı Oman dənizində mahiyyəti və istifadə tərzi məlum olmayan bir gəmi hədəfə alınıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 30, 2021 09:48 Asia/Baku
  • Oman dənizində bir gəmi hədəfə alınıb

Dünən axşamçağı Oman dənizində mahiyyəti və istifadə tərzi məlum olmayan bir gəmi hədəfə alınıb.

SəhərAzəri-nin məlumatına əsasən, «Ticarət-Dəniz Əməliyyatları» adlı ingilis hərbi qrupu qısa bir bəyanatda bu xəbəri verərək, bildiribdir ki, həmin hücum barədə təhqiqatlar aparılır.

Bu qrup gəminin tipi və ya mahiyyəti barədə detallar təqdim etmədən iddia edibdir ki, həmin hücum dünən axşamçağının son dəqiqələrində Masira adasında baş verib.

Cümə axşamı gününün ilk saatlarında da bu qrup elə həmin bölgədə digər bir hadisənin baş verməsindən xəbər vermiş, amma bu haqda artıq təfərrüat təqdim etməmişdi.