ABŞ-ın Midvest şəhərində qasırğa 100 minlərlə insanı işıqsız qoyub
https://azeri.sahartv.ir/news/dünya-i380002-abŞ_ın_midvest_şəhərində_qasırğa_100_minlərlə_insanı_işıqsız_qoyub
ABŞ-ın Vayominq ştatının Midvest şəhərində baş verən tufan yüz minlərlə insanı işıqsız qoyub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 12, 2021 14:40 Asia/Baku
  • ABŞ-ın Midvest şəhərində qasırğa 100 minlərlə insanı işıqsız qoyub

ABŞ-ın Vayominq ştatının Midvest şəhərində baş verən tufan yüz minlərlə insanı işıqsız qoyub.

SəhərAzəri-nin məlumatına əsasən, bu barədə "Associated Press" məlumat yayıb. 

Məlumata əsasən, çərşənbə günü ABŞ-ın Miçiqan, Viskonsin və İllinoys ştatlarının bəzi hissələrində baş verən qasırğa və şiddətli yağışlar səbəbindən işığın kəsilməsi 500 mindən çox insanı qaranlığa qərq edib.

İşıqsız qalan evlərin əksəriyyəti 265 min 710 ev olmaqla Miçiqan ştatındadır. Viskonsin ştatında 165 min 953 abunəçinin, İllinoys ştatında isə 147 min 538 abunəçinin işığı kəsilib. Həmçnin, bütün bu ştatlara dəyən ziyanlarla bağlı məlumatlar yayılıb.