İran Rusiya beynəlxalq hərbi yarışlarında iştirak edəcək
https://azeri.sahartv.ir/news/dünya-i380032-İran_rusiya_beynəlxalq_hərbi_yarışlarında_iştirak_edəcək
İran Rusiyada keçiriləcək yeddinci beynəlxalq hərbi yarışlarda iştirak edəcək.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 13, 2021 14:15 Asia/Baku
  • İran Rusiya
    İran Rusiya

İran Rusiyada keçiriləcək yeddinci beynəlxalq hərbi yarışlarda iştirak edəcək.

SəhərAzəri-nin məlumatına əsasən, 2021-ci il Rusiya beynəlxalq hərbi yarışlarına İrandan göndərilmiş qrupun media rəsmisi Əsğər Kulivənd deyib ki, bu yarışlarda iştirak üçün İran İslam Respublikasından üç komanda Moskvaya daxil olub.

Kulivənd sonra bildirib ki, İrandan həmin yarışlarda iştirak edən komandalar İran silahlı qüvvələrinin baş qərargahının mədəniyyət komandası ilə yanaşı, İran İslam Respublikasının nizam-intizam qüvvələrinin «əsas səmtlər», İslam İnqilabı Keşikçiləri Korpusunun «taktiki atıcılıq» və «dəniz komandosları» komandalarına şamil olur.

Qeyd olunan beynəlxalq hərbi yarışlar 34 ixtisasda cari avqust ayının 22-dən Rusiyada keçiriləcək. Yarışlara İran, Çin, Qazaxıstan, Qətər, Serbiya, Belarus, Hindistan, Əlcəzair, Vyetnam, Özbəkistan və Ermənistan komandaları qatılacaqlar.

İran son illər Rusiya beynəlxalq hərbi yarışlarında özünün bəzi modern silahlarından, o sıradan daxildə istehsal edilmiş PUA-lardan istifadə edibdir.