Avq 17, 2021 20:20 Asia/Baku
  • yanğın
    yanğın

Rusiya rəsmiləri bildiriblər ki, bu ölkənin Sibir bölgəsindəki yanğınlar nəticəsində indiyədək on altı milyon beş yüz min hektardan çox meşə ərazisi məhv olub.

 SəhərAzəri-nin məlumatına əsasən, Hələ də davam edən bu yanğınlar nəticəsində meşələr dağılıb və yaşayış massivlərindəki onlarla ev külə çevrilibdir.

İstilik dalğası ilə şiddətlənmiş bu bölgədəki yanğınlar dünyanın ən soyuq bölgələrindən olan Yakutiyanı dağıdıbdır.

Alovu söndürmək üçün beş min nəfərdən çox insan səfərbər edilib.

 

Teqlər