Sen 01, 2021 13:01 Asia/Baku

Rusiya prezidenti ABŞ-ın Əfqanıstandan əldə etdiyi nailiyyətinin sıfıra bərabər olduğunu vurğulayıb.

SəhərAzəri-nin verdiyi məlumata görə, bu gün rusiyalı tələbələr qarşısında çıxış edən Vladimir Putin ABŞ-ın Əfqanıstanı tərk etməsinə özünəməxsus şəkildə münasibət bildirib.

O, deyib: “ABŞ 20 il Əfqanıstanda qaldı və onlar öz həyat prinsiplərini, o cümlədən siyasi həyat tərzini digərlərinə təhkim etmək istədilər. Nəticə isə sıfır!. ABŞ ziyana uğradı və daha çox Əfqanıstanda yaşayanlar ziyan gördülər. Nəticə hətta sıfırdan da aşağı oldu.”

Rusiya dövlət başçısı qeyd edib ki, hər kəs kənardan heç bir şey tətbiq və təhkim etməyin mümkün olmadığını başa düşməlidir. Vəziyyət özü yetişməlidir. Əgər insan vəziyyətin daha tez yetişməsini istəyirsə, insanlara kömək etməlidir.

Teqlər