Sen 02, 2021 12:10 Asia/Baku
  • Lavrov
    Lavrov

Rusiyanın xarici işlər naziri Qərb ölkələri ilə gərginliyin aradan qaldırılması istiqamətində Moskvanın onlarla anlaşmaya şərti hazır olduğunu bəyan edib.

SəhərAzəri-nin verdiyi məlumata görə, "Biz, «təcrid olmaq» istəmək bir yana qalsın, heç bir qarşıdurma axtarmırdıq. Biz Qərb ölkələri ilə anlaşmaya hazırıq, bu şərtlə ki, onlar öz rəftarlarını dəyişsinlər və hər şeyi bilən və günahsız hərəkət edən müəllimlər kimi davranmasın və Rusiyanın bir şagird kimi öz ev tapşırıqlarını yerinə yetirməli olduğunu düşünməsinlər»- deyə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

Lavrov sonra bildirib ki; "bu, heç kimlə, ən azı, Rusiya ilə dialoq yolu deyil.»

"Rusiyanın xarici siyasəti, sədaqətlə və bərabərlik prinsipi əsasında hərəkət etməyə hazır olanların hamısı ilə suverenliyin möhkəmləndirilməsi və müsbət qonşuluq münasibətlərinin qorunması istiqamətində atılan qətiyyətli addımların aşkar və qəti şəkildə dəstəklənməsinə əsaslanır.»-Rusiyanın xarici işlər naziri belə deyib.

Rusiya ilə Qərb arasında gərginlik 2014-cü ildən, yəni Ukraynanın şərqində döyüşlərin baş verdiyi və Krımın yenidən Rusiyaya birləşdiyi zamandan artmaqdadır.

Krımın Rusiyaya birləşdirilməsinin qanuniliyini tanımayan Kiyev və Qərb ölkələri Rusiyanı Ukraynanın işlərinə qarışmaqda ittiham ediblər. Moskva isə Krım yarımadası ilə bağlı hər hansı müdaxiləsini dəfələrlə inkar edib,/ Krımda keçirilmiş referendumun beynəlxalq qanunlara uyğun olaraq keçirildiyini vurğulayıb.

2014-cü ildə keçirilən referendumda Krım yarımadası sakinlərinin 96,6 faizi Rusiya ilə birləşmənin lehinə səs verdi.

Həmin tarixdən bu yana, Krım yarımadası sakinlərinin doxsan faizindən çoxunun Rusiya ilə birləşmənin lehinə səs verməsinə rəğmən, Amerika və Qərb, Moskvanın Krımdan geri oturacağı ehtimalı ilə Rusiyaya qarşı müxtəlif iqtisadi sanksiyalar tətbiq etdilər.

Krımın Rusiyanın bir hissəsi olmasını qəbul etməyən Ukrayna da Moskvanı qəsbkar hesab edir və bu bölgəni Ukraynaya qaytarması üçün Qərbin Rusiyaya təzyiq göstərməsini istəyir.

 

Teqlər