Sen 15, 2021 16:54 Asia/Baku
  • Güclü

Birləşmiş Ştatlarda silsilə dağıdıcı qasırğaların davamında güclü Nikolas qasırğası da ABŞ-a çatıb.

SəhərAzəri-nin məlumatına əsasən, Texas ştatı bu yeni qasırğanın əsas episentrinə çevrilib. 

Meteoroloqlar bu qeyri-sabit hava şəraitinin davam etməsi ilə bağlı insanlara xəbərdarlıq ediblər.

Yağışların şiddəti o qədər çoxdur ki, Texas ştatında və ABŞ-ın bəzi digər bölgələrində daşqınlara səbəb olub.

Xatırladaq ki, ABŞ prezidenti Co Bayden yaxınlaşan tropik fırtına səbəbilə Luiziana ştatında fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzalamışdı.

Teqlər