Lukaşenko Ukraynadakı NATO qüvvələrinə xəbərdarlıq edib
https://azeri.sahartv.ir/news/dünya-i381550-lukaşenko_ukraynadakı_nato_qüvvələrinə_xəbərdarlıq_edib
Belarus prezidenti xəbərdarlıq edib ki, bu ölkə NATO qüvvələrinin iştirakı ilə Ukraynada hərbi təlimlərin keçirilməsinə cavab məqsədilə Rusiya ilə yanaşı tədbirlər görə bilər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 28, 2021 11:35 Asia/Baku
  • Lukaşenko
    Lukaşenko

Belarus prezidenti xəbərdarlıq edib ki, bu ölkə NATO qüvvələrinin iştirakı ilə Ukraynada hərbi təlimlərin keçirilməsinə cavab məqsədilə Rusiya ilə yanaşı tədbirlər görə bilər.

SəhərAzəri-nin məlumatına əsasən, Ukrayna son zamanlar ABŞ və bir neçə NATO üzvü ilə birgə hərbi təlimlərə başladı. Bununla bir zamanda Rusiya və Belarus da geniş hərbi təlimlər keçirdilər.

Aleksandr Lukaşenko həmçinin Qərbi, onun «Belarus-Polşa sərhədində miqrantlarla bağlı son insan faciəsi» adlandırdığı məsələnin amili kimi təqdim edib.

Belarus-Qərb münasibətləri 2020-ci ilin avqustunda Belarusda seçkilərin keçirilməsindən bəri çox gərgin olub. Belə ki, Amerika və Avropa Birliyi Belarusa qarşı ittihamlar irəli sürüblər, lakin Rusiya Lukaşenkoya dəstək verməkdə davam edir.