Qadınların Kabil universitetinə girişi qadağan edilib
Sen 28, 2021 20:21 Asia/Baku
-
Qadınların Kabil universitetinə girişi qadağan edilib
Taliban qadınların Kabil universitetinə girişini naməlum müddətədək qadağan edib.
SəhərAzəri-nin məlumatına əsasən, Taliban-ın Kabil universitetindəki müşaviri Məhəmməd Əşrəf Xeyratın dediyinə görə, hamı üçün münasib və həqiqi islami mühit yaranmayınca, qadınlar əsla universitetə gəlmək və ya işləmək icazəsinə malik olmayacaqlar.
Taliban avqustun on beşində hakimiyyətə çatdıqdan sonra bildirdi ki, məktəb və universitet üzrə qadın müəllimlərin işlərinin, həmçinin qız məktəbli və tələbələrin təhsil mərkəzlərində təhsil almalarının davam etməsinə qarşı deyil.