Ankara Vaşinqtona etiraz edib
-
Ankara Vaşinqtona etiraz edib
Türkiyə xarici işlər nazirliyi ABŞ konqresinin nümayəndələr palatasının Türkiyədə fəaliyyət göstərən «Boz qurdlar» adlı millətçi qruplaşmanın terrorçu qrup kimi tanınmasına dair layihəsini tənqid edib.
SəhərAzəri-nin məlumatına əsasən,«Boz qurdlar» adlı millətçi qruplaşma Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğanın başçılıq etdiyi hakim Ədalət və İnkişaf Partiyasının müttəfiqi olan Milli Hərəkət Partiyasının tabeliyindədir.
Türkiyə xarici işlər nazirliyi ABŞ konqresinin nümayəndələr palatasının layihəsinə reaksiyada belə qeyd edib: Amerika nümayəndələri yaxşı olardı ki, bu addımın yerinə, Türkiyənin terrorçu hesab etdiyi Fəthullah Gülən qrupuna qarşı hərəkət etsinlər.
Bundan qabaq Fransa hökuməti də bildirmişdi ki, Türkiyədəki ekstremist millətçilərdən bir qrupunun ondakı qanunsuz hərəkətlərinə görə, «Boz qurdlar» qruplaşması buraxılmalıdır.