HRW Ərəbistanın insan haqları keçmişini tənqid edib
-
«Human Rights Watch»
«Human Rights Watch» təşkilatı Ərəbistanın beynəlxalq tədbirlərə ev sahibliyi etmək və idmana sərmayə yatırmaqla insan haqlarının pozulması keçmişini yaxşılaşdırmaq üzrə proqramlarına işarə edib.
SəhərAzəri-nin məlumatına əsasən, Bu təşkilat bir bəyanatda bildirib ki, üç il bundan qabaq elə bu ayda səudiyyəli jurnalist Camal Qaşıqçı səud amilləri tərəfindən öldürüldü. Səudiyyə vəliəhdi Məhəmməd bin Salman bu kədərli hadisənin ildönümünü İngiltərə premyer liqasının «Nyu-Kasel Yunayted» futbol klubunu üç yüz milyon funt-sterlinqə satın almaqla bayram etdi. O, bunun üçün, sədrliyinə təzə başladığı Ərəbistanın sərvət fondundan istifadə edib.
Mühüm idman tədbirlərinə ev sahibliyi etmək, Ərəbistanın «idman təmizləməsi» strategiyasının başlıca hissəsi və ümumi fikri bu ölkədə insan haqlarının biabırçı şəkildə pozulmasından yayındırmaq üzrə bir səydir.
«Human Rights Watch» təşkilatının məlumatları bu ölkədə qadınların hüquqları üzrə görkəmli müdafiəçilərin nəzarətə götürülüb, zindana salınmaları, müxaliflərin geniş şəkildə həbs və repressiya olunmaları, söz azadlığı daxil olmaqla insan haqlarının geniş surətdə pozulması ilə Ərəbistanın qaranlıq cəhətini göstərir.