Okt 15, 2021 12:31 Asia/Baku
  • ABŞ hərbçiləri arasında intihar 46 faiz artıb
    ABŞ hərbçiləri arasında intihar 46 faiz artıb

ABŞ müdafiə nazirliyi- Pentaqon bir məlumatda bu ölkə ordusunda fəaliyyət göstərən əsgərlər arasında intiharın 46 faizlik artımından xəbər verib.

SəhərAzəri-nin məlumatına əsasən, Pentaqon yeni bir məlumatda bildirib ki, Amerika ordusunda fəaliyyət göstərən əsgərlər arasında intihar halı ötən üç ayda 2020-ci ilin oxşar dövrü ilə müqayisədə 46 faiz artıbdır.

Cari ilin ikinci rübündə ABŞ ordusu qüvvələrindən altmış nəfər intihar nəticəsində həyatını itirib.

Həmçinin Amerikanın dəniz qüvvələri arasındakı intihar halları 41 faiz artıbdır.

Aprel-iyun aylarında fəal və ehtiyat qüvvələr daxil olmaqla bütün sahələrdə 139 hərbi personal intihar nəticəsində həyatını itirib.

Bu rəqəm, COVID-19-a yoluxma nəticəsində həyatını itirən 67 hərbi personal ilə müqayisədə təqribən iki dəfə çoxdur.

Əgər Amerika hökuməti və cəmiyyəti veteran hərbçilər və hərbi personal arasında psixoloji sağlamlıq böhranının idarə olunması tərzində nəzərəçarpacaq dəyişikliklər yaratmazlarsa, intihar miqdarı artmaqda davam edəcək.

 

Teqlər