Avropa Parlamentindən Ankaraya reaksiya
https://azeri.sahartv.ir/news/dünya-i382428-avropa_parlamentindən_ankaraya_reaksiya
Avropa Parlamentinin sədri Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğanın on ölkənin səfirini Ankaradan qovmaq barədəki təhdidinə cavab verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 24, 2021 08:50 Asia/Baku
  • Avropa Birliyi Şurası
    Avropa Birliyi Şurası

Avropa Parlamentinin sədri Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğanın on ölkənin səfirini Ankaradan qovmaq barədəki təhdidinə cavab verib.

SəhərAzəri-nin məlumatına əsasən, David Sassoli bir tvitter mesajında belə yazıb: On səfirin çıxarılması Türkiyə hökumətinin müstəbidcəsinə hərəkətinin nişanəsidir; biz qorxmayacağıq.

Bu avropalı rəsmi həmin tvitter mesajında bir daha Osman Kavalanın azad edilməsini tələb edib.

Türkiyə prezidenti şənbə günü bildirdi ki, Osman Kavalanın azad edilməsini tələb edən Almaniya və ABŞ da daxil olmaqla on ölkənin səfiri arzuolunmaz şəxs elan ediləcək.

Kanada, Fransa, Finlandiya, Danimarka, Almaniya, Niderland, Yeni Zelandiya, Norveç, İsveç və Amerika ötən bazar ertəsi günü yaydqları bəyanatda Türkiyə hökumətindən Ərdoğan hökumətinin əleydarlarından olan Ankaranın tanınmış müxalif siması- Osman Kavalanın işini dərhal və ədalətli şəkildə araşdırmasını istəmişdi.

Avropa Birliyi Şurası da son zamanlar bu məsələ ilə bağlı Türkiyəni sanksiya etməklə hədələyibdir.