Rusiya XİN: “ABŞ viza prosedurunu "əsl cəhənnəmə" çevirib”
https://azeri.sahartv.ir/news/dünya-i382473-rusiya_xİn_abŞ_viza_prosedurunu_əsl_cəhənnəmə_çevirib
Rusiyanın Xarici İşlər Naziri, Birləşmiş Ştatların, ABŞ vizası almaq istəyən rusları üçüncü ölkələrə viza üçün müraciət edə biləcək "evsiz vətəndaşlar" siyahısına əlavə etmək qərarını qınayıb və bildirib ki, ABŞ vizaların verilməsində standart proseduru “əsl cəhənnəmə” çevirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 25, 2021 09:55 Asia/Baku
  •  ABŞ vizası
    ABŞ vizası

Rusiyanın Xarici İşlər Naziri, Birləşmiş Ştatların, ABŞ vizası almaq istəyən rusları üçüncü ölkələrə viza üçün müraciət edə biləcək "evsiz vətəndaşlar" siyahısına əlavə etmək qərarını qınayıb və bildirib ki, ABŞ vizaların verilməsində standart proseduru “əsl cəhənnəmə” çevirib.

SəhərAzəri-nin məlumatına əsasən, Diplomatik bir münaqişədən sonra ABŞ bildirib ki, Rusiya vətəndaşları viza almaq üçün ABŞ-ın Polşadakı səfirliyinə müraciət edə bilərlər.

Rusiya Xarici İşlər nazirliyinin mətbuat katibi ABŞ-ın bu qərarını "sadizm astanasında olan istehza" kimi qiymətləndirib.

ABŞ Dövlət Departamenti Rusiya vətəndaşları üçün viza prosedurunda dəyişikliyi təsdiqləyib, amma bu məsələdə Moskvanı günahlandırıb və Kremlin may ayında Rusiya vətəndaşlarının ABŞ səfirliyində işə götürülməsini qadağan etdiyi üçün hazırda ABŞ səfirliyində viza müraciətlərinə baxmaq üçün kifayət qədər işçi yoxdur. Bunun üçün də ABŞ-ın Varşavadakı səfirliyi mümkün olan ən yaxın variantdır ki, onun işçilərinin əksəriyyəti rusca da danışa bilirlər.

Qeyd edək ki, aprel ayında ABŞ seçkilərdə müdaxilə ittihamı ilə rus diplomatları bu ölkədən qovdu, Rusiya da buna qarşılıq verdi.