Noy 03, 2021 13:21 Asia/Baku
  •  amerikalı qanunverici
    amerikalı qanunverici

Konqresin nümayəndəsi Kris Papasın başçılığı altında 41 amerikalı qanunverici ABŞ-ın dövlət katibi Entoni Blinkenə məktubda Türkiyəyə F-16 qırıcılarının satışına qarşı çıxdığını bildirib.

SəhərAzəri-nin məlumatına əsasən,  Türkiyənin mövcud hərbi təyyarələr üçün onlarla modernləşdirmə sistemi və qırx ədəd F-16 qırıcısının satın alınması üzrə xahişinə dair son məlumatlardan sonra Amerikanın demokrat və respublikaçı qanunvericiləri bu barədə dövlət departamentindən informasiyaların alınmasını istəyiblər.

Qas Bilirakis və Karolin Maloni məktuba imza atmış qanunvericilərdəndirlər.

Oktyabr ayında məlumat verildi ki, Türkiyə «Lokhid Martin» şirkətinin məhsulu olan F-16 qırıcısından qırx ədədin və özünün mövcud hərbi təyyarələri üçün səksənə yaxın modernləşdirmə sisteminin satın alınması barədə ərizə verib.

Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğan oktyabrın 17-də müxbirlərə dedi ki, ABŞ Türkiyəyə F-16 qırıcısının satışı təklifini verib.

Deyilənlərə görə, Türkiyəyə F-16 qırıcılarının satşının qarşısını almaq üzrə səy Amerikada yaşayan yunanlar və ermənilər şurası tərəfindən himayə olunur.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu son zamanlar deyibdir ki, əgər amerikalılar sifariş edilmiş F-35 qırıcılarını təhvil verməzlərsə, ölkəsi Rusiyadan modern qırıcılar almağa üz tuta bilər.

 

Teqlər