Misir Türkiyə ordusunun Suriya, İraq və Liviyada mövcudluğunu tənqid edib
https://azeri.sahartv.ir/news/dünya-i383012-misir_türkiyə_ordusunun_suriya_İraq_və_liviyada_mövcudluğunu_tənqid_edib
Misirin xarici işlər naziri Türkiyənin Suriya, İraq və Liviyada hərbi mövcudluğunu əsassız adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 10, 2021 11:14 Asia/Baku
  • Sameh Şükri
    Sameh Şükri

Misirin xarici işlər naziri Türkiyənin Suriya, İraq və Liviyada hərbi mövcudluğunu əsassız adlandırıb.

SəhərAzəri-nin məlumatına əsasən, Misirin xarici işlər naziri Sameh Şükri Türkiyənin Qərbi Asiya və Şimali Afrikada varlığını sərt tənqid edərək, deyib: "Türkiyə ordusunun Suriya, İraq və Liviyada olmasının heç bir əsası yoxdur".

Misirin xarici işlər naziri əlavə edib: "Biz Türkiyənin region ölkələrinə qarşı ekspansionist siyasət yürütdüyünə inanırıq, bundan narahatıq və narahatlığımızı dəfələrlə dilə gətirmişik".

"Təəssüf ki, Türkiyənin Misirin də daxili işlərinə qarışdığını görürük və bu, bizim narahatlığımıza səbəb olub. Biz Türkiyənin daxili işlərimizə qarışması üçün heç bir səbəb görmürük", - deyə o, qeyd edib.