Kiyev Rusiyanın sərhəd bölgəsində minlərlə qüvvə yeləşdirdiyini iddia edib
Ukrayna prezidenti iddia edib ki, bu ölkənin sərhədi yaxınlığında təqribən yüz min rus əsgər yerləşib.
SəhərAzəri-nin məlumatına əsasən, Vladimir Zelenski öz iddialarının davamında belə deyib: Ümid edirəm, hazırda bütün dünya aydın şəkildə görəcək ki, kim həqiqətən sülh tərəfdarıdır və kim bizim sərhədimizdə yüz minə yaxın əsgər təmərküzləşdiribdir.
Belə bir halda, bundan öncə Rusiyanın Ukraynaya qarşı ehtimal olunan hücumu barədəki hər hansı iddianı rədd edən Kremlin sözçüsü Dmitri Peskov NATO-nu gərginlik yaradan addımlar atmaqda ittiham etmişdi.
Digər tərəfdən, İngiltərə ordusunun baş qərargah rəisi general Nik Karter Rusiya ilə Qərb arasında təsadüfi müharibənin baş verməsi barədə xəbərdarlıq edibdir.
Bu ingilis hərbçinin xəbərdarlığı Ukrayna və Qara dənizdə Rusiya ilə NATO və Qərb qüvvələri arasındakı çəkişmələrin şiddətlənməsilə bir zamanda elan olunubdur.