Noy 15, 2021 14:00 Asia/Baku
  • Emmanuel Makron
    Emmanuel Makron

Fransa prezidenti Emmanuel Makronun daha tünd mavi rəngə sahib olan bayraqdan istifadə etməsi bayrağın rənginin dəyişdirilməsi ilə bağlı mübahisələrə səbəb olub.

SəhərAzəri-nin məlumatına əsasən, Fransa rəsmiləri yerli mediaya bildiriblər ki, Emmanuel Makron Fransanın rəsmi bayrağında daha tünd mavi rəngdən istifadə etməyə başlayıb.

Daha əvvəl açıq mavi rəngə malik olan Fransa bayrağı istifadə olunub, amma bu ölkə prezidenti Makron sürməyi bayraqdan istifadə etməyə meyillənib.

Məlumata əsasən, keçən il heç bir qalmaqal olmadan prezident sarayında yeni rəngdə olan bayraqlar qaldırılıb.

"Avropa-1" radiosu bir reportajda yazıb: "Cənab Makron Fransa İnqilabının simvolu olan bu ölkə donanmasının sürməyi bayrağını geri gətirmək istəyib".

Teqlər