Noy 20, 2021 22:40 Asia/Baku
  • Dünyadakı tiryəkin 87 faizi Əfqanıstan istehsalıdır

Əfqanıstanda tiryək istehsalının artması ilə bu ölkə hazırda dünyadakı tiryəkin 87 faizini istehsal edir.

SəhərAzəri-nin məlumatına əsasən, bu barədə "Bloomberg" nəşri BMT-nin cinayətlər və narkomaddələr ilə mübarizə idarəsinə istinadla məlumat verib.

Məlumatda bildirilib ki, Əfqanıstanda tiryək istehsalının artmasının beşinci ilində bu ölkə hazırda təklikdə dünyadakı tiryəkin 87 faizini istehsal edir.

BMT-nin məlumatında deyilir ki, cari ildə Əfqanıstanda 6 800 ton tiryək istehsal olunub.

Teqlər