Xəzər Dənizinin Hüquqi Statusu Haqqında Konvensiyaya təkid
Rusiyanın xarici işlər naziri vurğulayıb ki, Xəzər Dənizinin Hüquqi Statusu Haqqında Konvensiya İran və Rusiyanın iş gündəmində durur.
SəhərAzəri-nin məlumatına əsasən,Sergey Lavrov bu gün Rusiyanın Federasiya Şurasındakı çıxışında bildirib ki, Moskva və Tehran öz təmaslarında Xəzər Dənizinin Hüquqi Statusu Haqqında Konvensiyanın qəbul olunması məsələsini nəzərdən keçirəcəklər.
Lavrov sonra belə söyləyib: Xəzər Dənizinin Hüquqi Statusu Haqqındakı Konvensiyaya əsasən, bu dənizin beş sahilyanı ölkəsi Xəzər dənizində baş verən hər hansı bir məsələnin tam məsuliyyətini üzərinə götürür və bu su hövzəsində əcnəbi ölkələrin silahlı qüvvələrinə giriş icazəsi verilməyəcək.
Xəzər Dənizinin Hüquqi Statusu Haqqında Konvensiya 2018-ci ilin avqustunda bu dənizin beş sahilyanı ölkəsinin, yəni İran, Rusiya, Qazaxıstan, Azərbaycan Respublikası və Türkmənistanın dövlət başçıları tərəfindən imzalanıb, amma hələ İran İslam Şurası Məclisində qəbul edilməyibdir.
Bu konvensiyanın icrası onu imzalamış hər beş ölkə tərəfindən qəbul edildikdən sonra qüvvəyə minəcək.