Dek 12, 2021 13:09 Asia/Baku
  • Omikron Avropada
    Omikron Avropada

«Vaşinqton Post» Avropa rəsmilərinə və səhiyyə mütəxəssislərinə istinadla bildirib ki, koronanın mutasiya etmiş omikron ştammı Avropada üstün ştamma çevriləcək.

SəhərAzəri-nin məlumatına əsasən, «Vaşinqton Post» qəzeti bazar günü bir reportajda yazıbdır ki, Danimarka və İngiltərə omikronun sürətlə yayılması üzərində təmərküzləşiblər və bu ölkənin rəsmiləri deyirlər ki, bu ştamm gələn həftəyədək qalib ştamma çevrilə bilər.

İngiltərə səhiyyə təhlükəsizliyi agentliyi bildirib ki, omikron dekabrın ortalarınadək üstün ştamm olacaq. Danimarka da proqnoz edibdir ki, gələn həftənin sonunadək bu ştamm deltanı ötüb keçəcək.

«Vaşinqton Post»un yazdığına görə, Avropada yayılmanın yüksək tempinə görə, omikron ştammının Amerikaya da yayılacağı və bu ölkənin yaxın həftələrdə həmin ştamma qərq olacağı gözlənilir.

Birləşmiş Ştatların səhiyyə rəsmiləri bu günə qədər qeyd ediblər ki, hal-hazırda bu ölkədə qeydə alınan omikron halları mülayim görünür və bu ştamma yoluxmuş bütün şəxslər sağalıblar.

Amerikanın baş infeksionisti Entoni Fauçi də bundan qabaq demişdi ki, omikronun koronavirusun digər ştammlarına nisbətən daha az şiddətə malik olduğu təsəvvür edilir.

Ştammın şiddətini dəqiq müəyyən etmək hələ çox tezdir, lakin sübutlar göstərir ki, biz ştammın çox kəskin əlamətlərini müşahidə etmirik- deyə, Fauçi bildirib.

 

Teqlər