Almaniyadan Moskvaya reaksiya
Almaniya Xarici İşlər Nazirliyi bu ölkənin iki diplomatının Rusiya tərəfindən çıxarılmasını əsaslandırılmaz addım kimi dəyərləndirib.
SəhərAzəri-nin məlumatına əsasən, Almaniya Xarici İşlər Nazirliyi dünən Moskvanın Berlinin oxşar addımına cavab olaraq, iki alman diplomatı qovmaq barədəki qərarını əsaslandırılmaz qərar adlandırıb. Xəbərdarlıq edib ki, bu hərəkət iki ölkə əlaqələrində gərginliyin artmasına bais olacaq.
Bəyanatda sonra deyilir: Federal hökumət qarşılıqlı hörmət və beynəlxalq qanunlar əsasında Rusiya ilə dialoq ardıncadır, amma Rusiya Xarici İşlər Nazirliyinin bu qərarı, iki ölkə əlaqələrində daha çox mürəkkəbliyə bais olacaq.
Belə bir halda, Rusiya Xarici İşlər Nazirliyi dünən bildirdi ki, Moskva Berlinin addımına cavab olaraq və qarşılıqlı addım prinsipi əsasında iki alman diplomatı ixrac edibdir.