Ərəbistan Qərbi Asiyada narkotiklərin mərkəzinə çevrilib
Amerikan «Foreign Policy» jurnalı yazıb ki, səud vəliəhdinin bu ölkə cəmiyyətinin inamları və mədəniyyətini dəyişdirmək üzrə hərəkətləri sayəsində Ərəbistanda narkotik istehlakının miqdarı sürətlə artıb.
SəhərAzəri-nin məlumatına əsasən, Jurnal öz reportajında ərəbistanlı gənclər arasında narkotik maddələr istehlakının şiddətlə artmasına işarə ilə yazıb ki, bu ölkə cəmiyyətində narkotik maddələr istehlakının azaldılması üzrə dəyişikliklər aparılsa da Ərəbistanda həmin maddələrin istehlak miqdarı artıbdır.
Reportajda deyilir ki, narkotik maddələr idxalı Ərəbistanda adi bir məsələyə çevrilib.
«Foreign Policy» vurğulayıb ki, Ərəbistanda narkotik maddələr problemi təhlükəli bir mərhələyə çatıb. Belə ki, bu ölkənin hərbi rəsmiləri ötən bir ayda 34 milyon həbdən çox «fenetilin»ə şamil olan narkotik aşkar ediblər.