ABŞ Rusiyanı ittiham etməkdən geri çəkilib
Amerika ötən günlərdə Ukraynaya hücum üzrə proqramlaşdırma haqda Rusiyaya qarşı ittihamlarından geri çəkilib.
SəhərAzəri-nin məlumatına əsasən, ABŞ milli təhlükəsizlik müşaviri Ceyk Sallivan deyib ki, Amerika Rusiyanın mütləq şəkildə Ukraynaya hücum barədə qərara gəlməsi qənaətində deyil.
Sallivan çıxışının digər bir hissəsində deyib ki, Amerika Rusiya ilə diplomatiyaya, eyni zamanda öz müttəfiqlərini müdafiə etməyə hazırdır.
ABŞ milli təhlükəsizlik müşaviri bildirib ki, ruslar danışıqlarda peşəkar və ciddi olublar.
Son həftələr ərzində Kiyev ilə NATO-ya üzv bəzi ölkələrin Ukraynaya hücuma hazırlıq görməsi barədə Rusiyaya ittiham vurmaları ilə bir zamanda bölgədə hərbi təlimlər şiddətlənibdir.
Kiyevin, Vaşinqtonun və bəzi Avropa ölkələrinin Ukraynaya hücuma hazırlıq görməsi barədəki iddialarını rədd edən Moskva gərginliklərin azaldılması və təhlükəsizlik zəmanətlərinin verilməsi barədə Vaşinqton və NATO-ya təkliflər təqdim edib.