Alman virusoloq: "Omikronun yayılması bir şans ola bilər"
Yan 17, 2022 13:43 Asia/Baku
"Charite" Virusologiya İnstitutunun direktoru bildirib ki, koronovirusun omikron ştammının yayılmasının müsbət tərəfləri ola bilər.
SəhərAzəri-nin məlumatına əsasən, Kristian Drosten deyib: "Koronavirusun omicron variantı Almaniyada virusun pandemik fazadan endemik fazaya keçməsinə kömək edə bilər".
Endemik mərhələsi virusun zəiflədiyi və müəyyən bir ərazidə və ya müəyyən bir əhali arasında davamlı mövcudluğuna aiddir, bu mərhələdə o, qrip virusu kimi mövcuddur, lakin yoluxuculq və öldürücülük qabiliyyəti azalıbdır.
Alman virusoloq əlavə edib: "Omicron ştammına yoluxmaq hərəkətdə olan bir qatara minməyə bənzəyir".
Charite institutunun direktoru omicron ştammının daha yoluxucu, lakin daha az patogen olduğunu bildirib.