ÜST açıqladı: Omicron Avropada pandemiyaya son qoya bilər
https://azeri.sahartv.ir/news/dünya-i385351-Üst_açıqladı_omicron_avropada_pandemiyaya_son_qoya_bilər
Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə regional direktoru açıqlamasında koronavirusun Omicron ştamının Avropada pandemiyaya son qoya biləcəyini söyləyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 24, 2022 08:55 Asia/Baku
  • ÜST
    ÜST

Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə regional direktoru açıqlamasında koronavirusun Omicron ştamının Avropada pandemiyaya son qoya biləcəyini söyləyib.

SəhərAzəri-nin məlumatına əsasən, ÜST-ün Avropa üzrə regional direktoru Hans Kluqe bildirib ki, Omicron variantı Covid-19 pandemiyasını yeni mərhələyə keçirib və onu Avropada sona çatdıra bilər.

O, Omicron-un mart ayına qədər avropalıların 60 faizini yoluxdura biləcəyini bəyan edərək, deyib: "Bölgənin bir növ pandemiyanın sonuna doğru irəliləməsi ehtimalı var".  

Tədqiqatların ümumiyyətlə Delta variantından daha az ağır infeksiyaya səbəb olduğunu göstərən Omicron variantı, ən azı peyvənd edilmiş insanlar arasında, COVID-19-un pandemiyadan mövsümi qrip kimi daha idarə edilə bilən endemik xəstəliyə keçməyə başlaması ilə bağlı ümidləri artırıb.