“Rusiyanın təhlükəsizlik narahatlıqlarına məhəl qoyulmur”
https://azeri.sahartv.ir/news/dünya-i385646-rusiyanın_təhlükəsizlik_narahatlıqlarına_məhəl_qoyulmur
Rusiya Prezidenti Vladimir Putin ABŞ və NATO-nu Rusiyanın fundamental təhlükəsizlik narahatlıqlarına məhəl qoymamaqda ittiham edib
(last modified 2024-06-07T05:07:56+00:00 )
Fev 02, 2022 07:36 Asia/Baku
  • Putin
    Putin

Rusiya Prezidenti Vladimir Putin ABŞ və NATO-nu Rusiyanın fundamental təhlükəsizlik narahatlıqlarına məhəl qoymamaqda ittiham edib

SəhərAzəri-nin məlumatına əsasən, Rusiya prezidenti deyib ki, ABŞ və NATO Moskvanın fundamental təhlükəsizlik narahatlıqlarına məhəl qoymur.

Dövlət başçısı bu barədə Macarıstanın Baş naziri Viktor Orbanla danışıqların yekunlarından sonra keçirilən mətbuat konfransında deyib ki, Rusiyanın fundamental narahatlıqlarına məhəl qoyulmadığı artıq aydındır və Moskva onun üç əsas tələbinin adekvat nəzərə alındığını görmür. Söhbət NATO-nun genişlənməsinin qarşısını almaqdan, Rusiya yaxınlığında zərbə silahı sistemlərinin yerləşdirilməsindən imtinadan, həmçinin Şimali Atlantika Alyansının Avropadakı hərbi infrastrukturunun 1997-ci il vəziyyətinə qaytarılmasından gedir.

 

Vladimir Putin sonra deyib: “Rusiyanı NATO-nun şərqə doğru genişlənməyəcəyinə söz verərək aldadıblar. Bunu hamı yaxşı bilir. Bu gün biz NATO-nun Polşa, Rumıniya, Baltikyanı ölkələrdə yerləşdiyini görürük. Bir şey dedilər, başqa cür etdilər.

Rusiya lideri vurğulayıb ki, NATO-nun “açıq qapı” siyasəti hüquqi baxımdan tətbiq edilə bilməz:

“Deyirlər ki, bu, “açıq qapı” siyasətidir. Bu, harada yazılıb? Heç yerdə. 1949-cu il müqaviləsinin 10-cu maddəsində alyansın digər Avropa ölkələrini də bu təşkilata qəbul edə bilməsi yazılmayıb. Prosesin bütün iştirakçılarının: Ukraynanın, Avropa ölkələrinin və Rusiyanın maraqlarını və təhlükəsizliyini təmin etmək üçün bir yol tapmaq lazımdır. ", - deyə Rusiya prezidenti söyləyib.