Ukraynanın ərazi bütövlüyünə dəstək veririk
Fev 04, 2022 15:05 Asia/Baku
-
Rəcəb Tayyıb Ərdoğan
Türkiyə prezidenti öz ukraynalı həmkarı ilə görüşdən sonra iştirak etdiyi mətbuat konfransında Kiyev-Moskva müzakirələrinə ev sahibliyi təklifinə təkidlə deyib ki, ölkəsi Ukraynanın ərazi bütövlüyünə dəstək verir.
SəhərAzəri-nin məlumatına əsasən, Rəcəb Tayyıb Ərdoğan dünən axşam Kiyevdə ukraynalı həmkarı Vladimir Zelenski ilə birgə mətbuat konfransında bildirib ki, ölkəsi Krım yarımadasının Rusiyaya ilhaq edilməsini tanımır.
Ərdoğan və Zelenski mətbuat konfransından öncə səkkiz əməkdaşlıq razılaşmasını, o sıradan ticarət razılaşmaları və bir neçə anlaşma sənədini imzalayıblar.
Ərdoğan çərşənbə axşamı günü də demişdi ki, ölkəsi əsla Rusiya-Ukrayna müharibəsinin başlanmasını istəmir.
Teqlər