Fev 10, 2022 17:44 Asia/Baku
  • KTMT
    KTMT

KTMT rəsmisi İrəvanın bu təşkilata müraciət edəcəyi təqdirdə Ermənistana hərbi yardım göstərəcəyini bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, Kollektiv təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zas “Valday” klubunda “Yeni dövrdə kollektiv təhlükəsizlik, KTMT-nin təcrübəsi və perspektivləri” mövzusunda keçirilən konfransda deyib: “Əgər belə bir müraciət olarsa, bizim bütün fövqəladə hallara reaksiya mərkəzlərimiz və mexanizmlərimiz işə düşəcəkdir”.

Onun sözlərinə görə, Qazaxıstandakı kimi vəziyyət yarandıqda, müttəfiqin rəsmi çağırışına tez cavab vermək olar.

Stanislav Zas qeyd edib ki, Qazaxıstanda keçirilən sülhməramlı əməliyyatlardan sonra KTMT çərçivəsində böhrana cavab işçi qrupu yaradılıb. İlk növbədə, böhrana reaksiya sistemi sınaqdan keçiriləcək. “Biz məsuliyyət sahəmizin istənilən şəraitində, istənilən nöqtədə tez və səmərəli istifadə etməyi bacarmalıyıq”, – deyərək Zas vurğulayıb.

Erməni təhlilçilər KTMT rəhbərinin bu açıqlamasından belə nəticə çıxarmışlar ki, revanşistlərin Paşinyan hökumətinə qarşı mümkün dirənişi bu səbəbdən uğursuz qalacaqdır.

 

 

Teqlər