Fev 19, 2022 13:48 Asia/Baku
  • BMT
    BMT

Fələstin Xarici İşlər Nazirliyi sionist rejimin on iki günlük Qəzzə savaşı ilə bağlı BMT-nin təhqiqat komitəsilə həmkarlıq etməməsini pisləyib.

SəhərAzəri-nin məlumatına əsasən, Fələstin Xarici İşlər Nazirliyi bu gün bir bəyanatda işğal olunmuş Fələstin ərazilərində insan hüquqlarının pozulması üzrə bütün halları araşdırmaq vəzifəsini daşıyan BMT-nin təhqiqat komitəsinin işinin önəminə təkidlə bildirib ki, sionist rejim tarixi cəhətdən heç vaxt insan hüquqları orqanları və müəssisələrinin qərarları və beynəlxalq qanunlara sadiq olmayıb.

BMT-nin insan hüquqları şurası 2021-ci il sentyabrın sonlarında sionist rejimlə müqavimət qrupları arasında baş vermiş on iki günlük Qəzzə savaşı gedişində bu rejimin cinayətləri barədə lehinə səs verib.

Sionist rejimin xarici işlər nazirliyi bildirib ki, bu rejimin Qəzzəyə təcavüzü ilə bağlı BMT-nin təhqiqat komitəsilə həmkarlıq etməyəcək və bu komitənin nümayəndələrinə işğal olunmuş Fələstin ərazilərinə giriş icazəsi verməyəcək.

 

Teqlər