Əfqan xalqının Baydenin qərarına qarşı etirazı davam edir
-
Əfqan xalqı
Əfqanıstanın Hərat şəhərinin sakinləri bu ölkənin mərkəzi bankının aktivlərinin ABŞ prezidenti tərəfindən müsadirə edilməsinə etiraz olaraq aksiya keçiriblər.
SəhərAzəri-nin məlumatına əsasən, Aksiyada Əfqanıstanın pullarının azad edilməsini tələb edən Hərat əhalisi «Bayden utan və bizim pulları burax!» şüarı verib.
Aksiyanın təşkilatçısı İmanullah Yarməl Amerikada on bir sentyabr hadisəsi qurbanlarına görə kompensasiyanın ödənilməsinə qarşı çıxıb.
Əfqanıstanın ABŞ hərbçiləri tərəfindən iyirmi il müddətinə qəsb edilməsinə toxunan Yarməl vurğulayıb ki, əslində Amerika ötən iyirmi ildəki hərbi cinayətlərinə görə, Əfqanıstan xalqına kompensasiya ödəməlidir.
Amerika 2021-ci il avqustun on beşində və Taliban qüvvələrinin Kabilə girmələrindən dərhal sonra Əfqanıstan mərkəzi bankının aktivlərindən doqquz tam onda beş milyard dolları müsadirə etdi və ötən həftə Co Baydenin qərarı ilə bu aktivlərdən üç tam onda beş milayrd dolları on bir sentyabr hadisəsi qurbanlarının xeyrinə müsadirə olundu.
Baydenin bu qərarı Talibanın müvəqqəti hökumətinin kəskin reaksiyasına səbəb oldu və xəbərdarlıq etdi ki, əgər Amerika öz qərarından vaz keçməz və təhrikedici hərəkətlərini davam etdirərsə, bu qrup Vaşinqton qarşısındakı siyasətini yenidən nəzərdən keçirəcək.
Əfqanıstan xalqının aktivlərinin Amerikada müsadirə edilməsi fonunda qeyd edək ki, Əfqanıstandakı iqtisadi böhran bu ölkə xalqından milyon nəfərin həyatını təhlükəyə salıb.
BMT-nin uşaq fondu- YUNİSEF(UNICEF)-in doqquz fevral məlumatına görə, Əfqanıstan xalqından bir milyon nəfər yoxsulluq və qida maddələri çatışmazlığı üzündən ölüm təhlükəsi qarşısındadır.