Conson: Rusiya 1945-dən bəri ən iri müharibə planlaşdırır
-
Conson
İngiltərənin baş naziri Qərbin və Amerikanın Moskvanın Ukraynaya hücuma hazır olması ilə bağlı militarist siyasətlərinin davamında iddia edib ki, Rusiya 1945-ci ildən, yəni ikinci dünya müharibəsi zamanından bəri Avropada ən böyük müharibə salmaq niyyətindədir.
SəhərAzəri-nin məlumatına əsasən, Boris Conson BBC informasiya kanalının aparıcısı ilə müsahibədə iddia edib ki, bütün fakt və sübutlar bu hücum planının müəyyən cəhətlərdən başlandığını göstərir.
Conson belə deyib: Bizim məlumatlarımız göstərir ki, Rusiya Ukraynanın paytaxtı Kiyevi mühasirəyə alacaq bir hücuma başlamaq niyyətindədir.
İngiltərənin baş naziri həmçinin qeyd edibdir ki, Rusiyanın Ukraynaya hücum edəcəyi təqdirdə, London Moskvaya qarşı ən sərt sanksiyalar tətbiq edəcək.
Rusiya Şərqi Avropada yaranmış böhranın qızğın çağında heç bir ölkəyə hücum etmək niyyətində olmadığını bildirib və NATO-nun hərbi qüvvələrinin onun sərhədləri yaxınlığında yayılmaması və yerləşdirilməsini istəyib.