Fev 22, 2022 14:21 Asia/Baku
  • «Yunis» qasırğası Avropanın şimalını alt-üst etdi

«Yunis» qasırğası Avropanın şimal və şimal-qərb bölgələrini alt-üst edib və geniş maillyə xəsarətləri və elektirk kəsilmələrindən savayı, azı on üç nəfərin həyatına son qoyub.

SəhərAzəri-nin məlumatına əsasən, meydana gəldiyi məkan İrlandiya olan qasırğa, cümə günü İngiltərənin müəyyən hissələrinə, sonra Fransaya, oradan da Belçika, Niderland və Lüksemburqa şamil olan Benilüks ölkələrinə yayılıb.

«Yunis» qasırğası daha sonra istiqamətini Danimarka və Almaniyaya doğru dəyişib.

Almaniya rəsmiləri bu ölkənin şimal bölgələrinin üçdə birinin sakinlərinə öncədən xəbərdarlıq etmişdilər və bu bölgələr şənbə günü səhərədək qırmızı, ya həyəcan vəziyyətində olub.

Almaniyadakı yerli rəsmilər şənbə günü orta saatlarda qasırğanın şiddətinin azalmasından xəbər verdilər və bu ölkənin hidrometeorologiya xidmətləri tərəfindən verilən dördlü səviyyənin üçüncü səviyyəsi haqdakı xəbərdarlıq ləğv edilibdir.

Deyilənlərə görə, Avropanın şimalında «Yunis» qasırğasının baş verməsindən sonra yüzlərlə hava reysi, həmçinin çox sayda dəniz və gəmiryolu nəqliyyatı vasitəsinin hərəkəti ləğv olunub.

«Yunis» qasırğası indiyədək azı on üç nəfərin həyatına son qoyub. Bu qasırğada Polşa və Almaniyanın hər birində iki nəfər həyatını itirib. Niderlandda dörd, İngiltərədə üç, Belçika və İrlandiyanın hər birində isə bir ölüm halı qeydə alınıb.

Frans-Pressin məlumatında bildirilir ki, bu tələfatın əksər hissəsi ağacların vətəndaşların nəqliyyat vasitələrinin üzərinə düşmələri nəticəsində baş verib.

Niderlandda və bu ölkənin Haaqa şəhərində onlarla ev bünövrədən çöküb. Bir kilsənin zəng qülləsi yerindən çıxıb. Yerli bir sözçünün dediyinə görə, Niderlandın dəmiryolu şəbəkəsində pozuntular yaranıb və Amsterdam-Brüssel dəmiryolu əlaqəsi kəsilib.

Teqlər