Təl-Əviv Ukrayna böhranından sui-istifadə edir
https://azeri.sahartv.ir/news/dünya-i386290-təl_Əviv_ukrayna_böhranından_sui_istifadə_edir
Ukrayna və Rusiya qüvvələri arasında döyüşlərin başlanması ilə bir zamanda sionist rejim başçıları ukraynalı yəhudiləri işğal olunmuş ərazilərdə məskunlaşdırmağa zəmin yaratmaqdadırlar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 25, 2022 09:10 Asia/Baku
  • Ukrayna böhranı
    Ukrayna böhranı

Ukrayna və Rusiya qüvvələri arasında döyüşlərin başlanması ilə bir zamanda sionist rejim başçıları ukraynalı yəhudiləri işğal olunmuş ərazilərdə məskunlaşdırmağa zəmin yaratmaqdadırlar.

SəhərAzəri-nin məlumatına əsasən, Rusiya prezidenti Vladimir Putin Ukraynaya qarşı müharibə elan etdikdən sonra sionist rejimin xarici işlər nazirliyi «Ukrayna hadisələrinin, orada səkkiz min sionistin iştirakı şəraitində araşdırılması» məqsədilə fövqəladə bir otaq təşkil etdi, eyni zamanda da bildirdi ki, Ukraynada iki yüz min yəhudi yaşayır.

Bu məlumatı yayan Livan qəzeti- Əl-Əxbar əlavə edib: Həmişəki adətinə görə, müharibə və ya böhranın baş verməsindən sonra sionist rejimin nazirlər kabineti iclas təşkil və Ukrayna yəhudilərini oradan çıxarmaq üçün Ukrayna ilə Rusiya arasındakı gərginlikdən istifadə edibdir.

Qəzetin məlumatının davamında deyilir ki, Ukraynadakı yəhudilərin sayı iki yüz min nəfərə çatır.

İbridilli «İsrail Həyyum» qəzeti də bu gün xəbər veribdir ki, sionist rejimin nazirlikləri, ordusu, yəhidlərin agentlikləri və bu rejimin digər orqanları özlərini «Yəhudilərin Ukraynadan mühacirəti dalğası»na hazırlayırlar. Onlar Ukraynada müharibənin baş verməsinin ardınca «fövqəladə və əhatəli bir plan» hazırlayıblar.