Nüvə anlaşmasına alternativ yoxdur
https://azeri.sahartv.ir/news/dünya-i386438-nüvə_anlaşmasına_alternativ_yoxdur
Rusiyanın xarici işlər naziri deyib ki, bu ölkə sanksiyaların ləğvi üzrə Vyana müzakirələrinin uğurla başa çatacağına ümid edir və nüvə anlaşması üçün heç bir məntiqli alternativ yoxdur.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 01, 2022 15:40 Asia/Baku
  • Lavrov
    Lavrov

Rusiyanın xarici işlər naziri deyib ki, bu ölkə sanksiyaların ləğvi üzrə Vyana müzakirələrinin uğurla başa çatacağına ümid edir və nüvə anlaşması üçün heç bir məntiqli alternativ yoxdur.

SəhərAzəri-nin məlumatına əsasən, Sergey Lavrov bu gün beynəlxalq tərkisilah konfransına video formatda göndərilən müraciətdə bidirib ki, sanksiyaların ləğvi və və nüvə anlaşmasının onun bütün tərəfləri vasitəsilə icra edilməsi üzrə Vyana müzakirələri davam edir və Rusiya sanksiyaların ləğvi üzrə Vyana müzakirələrinin uğurla başa çatacağına ümid edir

Rusiyanın xarici işlər naziri əlavə edib: BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsində vurğulanan nüvə anlaşmasındakı öhdəliklərə onun bütün tərəfləri heç bir qeyd-şərt olmadan riayət edilməlidirlər.