Sergey Lavrov:
Ukrayna silahsızlaşdırılmalıdır
-
Sergey Lavrov
Rusiyanın xarici işlər naziri bildirib ki, ölkəsi Ukraynanın heç vaxt malik olmamalı olduğu və bu ölkədə istehsal edilməməli olan silahların siyahısını tələb edir.
SəhərAzəri-nin məlumatına əsasən, Ukraynanın tərksilah edilməsi vacibliyinə təkid edən Sergey Lavrov bir daha deyibdir ki, Ukrayna xalqı öz müqəddaratı barədə qərara gəlməlidir.
Rusiyanın xarici işlər naziri həmçinin Rusiyanın Ukraynanı təslim etmək istəməsi məsələsini rədd edib. Vurğulayıb ki, Moskva həll yolu tapmaq üçün sazişə hazırdır.
Lavrov deyib: Bir çox həqiqətlər mövcuddur. Bunlar sübut edirlər ki, Ukrayna, Qərbin Rusiya ətrafında “düşməncəsinə qurşaq” yaratmaq üzrə planının bir hissəsidir. Ukrayna iki il üçün silahlalrla dolub və son aylardakı hərbi yüklər nəzərəçarpacaq dərəcədə artıbdır.
Lavrov sonra səkkiz il müddətinə bombalanan və öldürülən Donbas əhalsinin problemləri və əzab-əziyyətlərinə göz yumduqlarına görə, qərbli siyasətçilər və mediaları tənqid edib. Deyib ki, Rusiyanın əsas məqsədlərinin digər birisi, Ukraynanın defamiliarizasiya edilməsidir.