Rusiya idman arbitraj məhkəməsindən yardım istədi
https://azeri.sahartv.ir/news/dünya-i386531-rusiya_idman_arbitraj_məhkəməsindən_yardım_istədi
Rusiya futbol federasiyası FİFA və UEFA-nın özünə qarşı hökmlərinə görə, idman arbitraj məhkəməsinə müraciət edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 04, 2022 14:42 Asia/Baku
  •  idman arbitraj məhkəməsi
    idman arbitraj məhkəməsi

Rusiya futbol federasiyası FİFA və UEFA-nın özünə qarşı hökmlərinə görə, idman arbitraj məhkəməsinə müraciət edib.

SəhərAzəri-nin məlumatına əsasən, Rusiya futbol federasiyası özü üçün beynəlxalq idman yarışları sahəsində nəzərdə tutulan məhrumedilmələrə reaksiyada FİFA və UEFA-dan idman arbitraj məhkəməsinə şikayət edib ki, bəlkə bu yolla bütün beynəlxalq futbol yarışlarında iştirakdan məhrumedilmə hökmünü dəyişdirə bilmiş olsun.

Belə bir halda, Rusiya milli futbol komandasının kapitanı və Sankt-Peterburqun Zenit futbol klubunun hücumçusu Artyom Dzyuba instaqramdakı mesajında belə yazıb:

Rus olmağımdan qorxmuram. Mən rus olmağımla fəxr edirəm. Mən başa düşmürəm ki, nə üçün idmançılar müharibənin əvəzini ödəməlidirlər. Mən FİFA və UEFA-nın ikili siyasətlərinə qarşıyam. Nə üçün hamı fəryad edir ki, idman siyasətdən ayrı olmalıdır, amma ilk fürsətdə Rusiyadan söhbhət gedərkən bu prinsip tamamilə unudulur.