Zelenskinin çağırışına NATO-dan yox cavabı gəldi
NATO Ukrayna səmasını bağlamayacaq
NATO Baş katibi Yens Stoltenberq bildirib ki, Münaqişənin Ukrayna sərhədlərindən kənara çıxmasının qarşısını almaqla bağlı NATO məsuliyyət daşıyır.
SəhərAzəri-nin məlumatına əsasən,NATO-nun baş katibinin sözlərinə görə, əgər münaqişə Ukrayna sərhədlərindən kənara çıxsa, bu, daha dağıdıcı və dəhşətli olacaq, daha çox itkilər olacaq: “Biz nə havadan, nə də qurudan Ukraynaya müdaxilə edəcəyik”,- deyə Yens Stoltenberq bildirib.
Baş katib bir daha Ukrayna səmasının bağlanması məsələsinə toxunub: “Ukrayna səmasının bağlanması o deməkdir ki, biz qırıcı təyyarələrimizi Ukrayna səmasına göndərək və Rusiya təyyarələrini vuraraq Ukrayna səmasını bağlayaq.
Rusiyaya qarşı təzyiqləri artırmaq məqsədini güdərək Ukraynada trajik durumun yaranmasında maraqlı olduğu deyilən NATO-nun baş katibi Yens Stoltenberq əlavə olaraq deyib: “Əgər səmanı bağlamaqla bağlı addım atsaq, bu, Avropa regionunda tam miqyaslı müharibə ilə nəticələnəcək. Daha çox ölkələr bu müharibəyə cəlb olunacaq, daha çox insan tələfatı olacaq.
NATO-nun baş katibi bu hərbi alyansın Rusiyaya qarşı müharibəni ancaq Ukrayna ərazisində aparmaq niyyətində olduğunu bildirib: “Ukrayna ordusuna güclü dəstək veririk, lakin eyni zamanda, bu müharibəyə birbaşa müdaxilə etmirik”,- Yens Stoltenberq deyib.