Mart 09, 2022 12:33 Asia/Baku
  • Avropa Troykası
    Avropa Troykası

İngiltərə, Fransa və Almaniya MAQATE-nin Direktorlar Şurasının iclasında birgə bəyanat yayaraq, tərəflərin Vyana danışıqlarında razılaşmanı yekunlaşdırmağa çox yaxın olduqlarını bildiriblər.

SəhərAzəri-nin məlumatına əsasən, "FARS" xəbər agentliyinin məlumatına görə, bu üç ölkə Qərb ölkələrinin nüvə anlaşması ilə bağlı atmalı olduğu addımları qeyd etmədən İranı nüvə sazişini "yenidən həyata keçirməyə" çağırıb.

Avropa Troykasının MAQATE-nin Direktorlar Şurasının iclasında birgə bəyanatı elə bir haldadır ki, İrana qarşı zalımcasına sanksiyaların ləğvi ilə bağlı Vyana danışıqlarının səkkizinci raundu siyasi qərarların qəbulu üçün qısa bir fasilədən sonra fevralın 8-dən yenidən başlayıb. 

İran İslam Respublikası məsuliyyətli bir ölkə olaraq, dəfələrlə bəyan edib ki, ABŞ-ın nüvə anlaşmasını pozan tərəf olduğunu nəzərə alaraq, bu ölkə sanksiyaları ləğv etməklə razılaşmaya qayıtmalı və üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi yoxlanılmalıdır.

Teqlər