Rusiya qonşu ölkənin tərksilah olunmasında israrlıdır
Lavrov: “Ukraynada Rusiyanı təhdid edən silah olmamalıdır”
Lavrov Ukraynada Rusiyanı təhdid edən silahların olmamasın tələb edib.
SəhərAzəri-nin məlumatına əsasən, Rusiyanın xarici işlər naziri RBK televiziyası ilə müsahibədə deyib: “Ukrayna ərazisində Rusiyanı təhdid edən silah olmamalıdır. Biz gələcəkdə hansı silahların Ukraynada ola biləcəyini razılaşdıra bilərik. Bu, bizim üçün prinsipial məsələdir”.
Rusiya XİN başçısı vurğulayıb ki, onun ölkəsinin Ukrayna xalqı ilə problemi yoxdur, lakin Qərb dövlətləri onlarda ruslara qarşı əhval oyandırmağa başlayıb və onları sadəcə regional oyunçuya çevirmək istəyirlər.
Sergey Lavrov sonra Ukrayna ilə danışıqlara toxunub və bildirb ki, Ukrayna nümayəndələri ilə danışıqlar asan keçmir, lakin kompromisə nail olmağa ümidlər var.
Xarici İşlər Nazirliyinin rəhbəri həmçinin Rusiya Federasiyası və Ukraynanın danışıqlar aparan tərəflərinə sakit atmosferdə işləmək imkanı verməyə çağırıb.
Nazir qeyd edib ki, Qərb təhlükəsizlik vəziyyətini sülh yolu ilə həll etmək istəmir.
Lavrov müsahibənin sonunda rəsmi Moskvanın Rusiya əleyhinə sanksiyalara qoşulmuş ölkələrin vasitəçiliyindən imtina etdiyini söyləyib.